Rusiya Hesablama Palatsının hesabatında bildirilir ki, 2016-cı ilin yanvar-fevralında Rusiya büdcəsinə daxil olan neft-qaz gəlirləri keçən ilin analoji dövrü ilə müqayisədə 32% azalaraq 687,68 milyard rubl təşkil edib.
2015-ci ilin yanvar-fevralında Rusiya büdcəsinə 1.5 trilyon rubl neft-gaz gəlirləri daxil olmuşdu. Hökümətin proqnozuna əsasən, 2016-cı ildə gəlirlərin ümumi məbləği 6.04 trilyon rubl təşkil edəcək.
2016-cı ilin ilk iki ayı ərzində büdcənin gəlirləri 1,84 trilyon rubl olub. Büdcə gəlirlərində neft-gaz gəlirlərinin payı 37.3% təşkil edib (keçən ilin yanvar-fevralında bu göstərici – 45.9% idi).