logo

Orta çinli haqda iqtisadi bilgilər

Views: 27
Caspian Barrel Goldman Sachs bankının tədqiqatına əsasən xəbər verir ki, 2014-ci ilin yekunlarına görə, Çin vətəndaşlarının 770 min nəfəri əmək fəaliyyəti ilə məşğul olub. Onların orta illik gəliri $8,7 min təşkil edib. Çində orta kitaytəbəqəni təşkil edənlərin sayı 11%-ə çatıb ki, onların illik qazancı $11,7 min olub. Çində işləyənlərin 50%-dən çoxu kənd təsərrüfatında çalışır: illik orta gəlirləri $2 mindən çox deyil.
Tədqiqata görə, orta çinli gündə $7 xərcləyir, ancaq bu vəsaitin cəmi 9,2%-ni əyləncəyə və istirahətə sərf edir. Yerdə qalan vəsaitin yarısı yeməyə, digər hissəsi geyimə, xidmətə və sair. sərf olunur.
Goldman Sachs müqayisə üçün qeyd edir ki, orta ABŞ vətəndaşı gündə 97 dollar vəsait xərcləyir və bunun 17,3%-i ($16,78) əyləncə və səyahətə sərf edilir. Başqa maraqlı bir fakt ondan ibarətdir ki, Çin vətəndaşlarının cəmi 4%-nin ölkə sərhədlərini tərk etmək üçün xarici pasportları var. ABŞ-da isə bu göstərici 2015-ci ilin əvvəlinə 36% təşkil edib.
Ancaq Goldman Sachs-ın təhlilçilərinin proqnozlarına görə, 10 il sonra Çində orta təbəqənin artımı hesabına xarici pasporta sahib ölkə vətəndaşlaının sayı 3 dəfə artacaq. Hazırda Çin vətəndaşları başqa ölkələrdə ən çox vəsait xərcləyən turistlər sırasındadırlar. Onların illik xərcləmələri 200 milyard dollar həddindədir və heç bir ölkə onlarla bu sahədə özünü müqayisə etmək iqtidarında deyil.
Çin bazarının təhlili göstərib ki, burada əhalinin 62%-i smartfonlara malik olsa da, mobil internetdən istifadə heç də populyar deyil. Çünki internet tarifləri hələ də əhalinin böyük əksəriyyəti üçün yüksək olaraq qalır, ancaq zaman keçdikcə bu seqment inkişaf edəcək.
Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart