Həştərxanda dənizçilik kollegiyasının iclasında “Lukoil” şirkətinin vitse-prezidenti Azad Şamsuvarov bildirib ki, 2016-2045-ci illərdə Xəzər dənizində “Filanovski” yatağının işlənməsinə 882 milyard rubl sərmayə yatrılacaq.
“Layihənin birinci hissəsi avqustda istismara veriləcək. Ikinci və üçüncü hissələr 2017 və 2019-cu illərdə istismara veriləcək. 2016-cı ildən 2045-ci ilədək sərmayələrin həcmi 2016-cı ilin qiymətləri ilə 882 milyard rubl həcmində olacaq”,- deyə o bildirib.
Vladimir Filanovski adına yataq 2005-ci ildə kəşf edilib. Yatağın hasil edilə bilən ehtiyatları C1 + C2 kateqoriyaları üzrə 153.1 milyon ton neft, qaz ehtiyatları isə 32.2 milyard kub metr təşkil edir.