logo

İsrail Ali Məhkəməsi qaz ehtiyatlarının işlənməsinə veto qoyub

Views: 129

israil-turkey gas pipeline

“The Wall Street Journal” qəzeti yazır ki, İsrailin Ali Məhkəməsi dəniz qaz ehtiyatlarının işlənməsi və ixracı barədə hökümətin enerji şirkətləri ilə müqaviləsini əngəlləyib.

Ali Məhkəmənin kollegiyasının  müqaviləni  antikonstusiyon saymasına səbəb kimi  müqavilədə şirkətlərin 10 il ərzində fiksasiya edilmiş vergilər ödəməsi barədə bənd olub.

Amerikanın “Noble Energy” və onun İsrailli tərəfdaşı “Delek Group” şirkəti israr edirdi ki, qaz yatağının işlənməsinə tələb olunan sərmayələr üçün sabitlik lazımdır.

Məhkəmə razılaşmanın məclisdə (parlamentdə) yenidən müzakirə edilməsi üçün hökumətə bir il vaxt verib.

* Israilin 0.9 trilyon kub metr həcmində qaz ehtiyatları var. Qaz yataqlarının işlənməsi barədə müqavilə 2015-ci ilin dekabrında imzalanıb. Baş nazir iddia edir ki, yataların işlənməsi İsrailin İordaniya, Misir, Kipr, Türkiyə və Yunanıstan ilə iqtisadi əlaqələrini inkişaf etdirmək üçün imkan verəcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart