logo

İspaniya karbohidrogenlərin idxalına hər gün € 100 mln sərf edir

Views: 61

İspaniya karbohidrogenlərin idxalınadan 99.5% asılıdır və onların idxalına sutkada €100 milyon sərf edir.

spainYerli ABC qəzeti yazır ki, neft və təbii qazın idxalına İspaniyada ildə € 40 milyard vəsait sərf olunur.

2015-ci ildə İspaniyada 232 min ton neft hasil edilib ki,bu da daxili təlabatın 1.5 gününə bəs edərdi. Ötən il neft idxalı rekord həddə – 64.6 milyon tona çatıb. Bu 18 ölkədən idxal edilən 36 müxtəlif neft növləridir. Yerli xam neft hasilatı idxal həcminin yalnız 0,36% təşkil edib.

2015-ci ildə İspaniyada benzinə olan təlabat 4.6 milyard litr,dizel yanacağına isə 21.7 milyard litr təşkil edib. Daxili istehsal  neft məhsullarına olan təlabatın 0.5% təşkil edib.

İspaniyada  qaz hasilatının həcmi daxili təlabatın 0,18% təşkil edir . Ölkə, 2015-ci ildə 364,2 min. gigavatt saat idxal,669 gigavatt saat isə istehsal edib. İdxal edilən qazın 58% “Transmed” və “Transməqrəb” boru kəmərləri ilə,qalan həcm isə LNG-tankerləri ilə daxil olur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart