logo

Fevralda CPC terminalı vasitəsilə neft ixracı 9.7% artıb

Views: 58

cpc-caspian

2016-cı ilin fevralında Xəzər Boru Kəməri Konsorsiumu (CPC) terminalı  vasitəsilə neft ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 9.7% artaraq 3.81 milyon ton təşkil edib.

Bir il əvvəl CPC terminalı ilə neft ixracı 3.475 milyon ton idi.

2016-cı ilin 2 ayında artım 9.6% təşkil edib – 7,722 milyon ton. Bir il əvvəl, ixracat 7.047 milyon ton həcmində idi.

CPC Qərbi Qazaxıstanın neft yataqlarını Novorossisk limanı ilə birləşdirən boru kəməri sistemidir.

            CPC səhmdarları aşağıdakı şirkətlərdir: Rusiya Federasiyası (onu 24%-lə “Transneft” şirkəti və 7%-lə “CPC Company” təmsil edir) – 31% və Qazaxıstan Respublikası – 20,75% (onu  19%-lə “Kazmunaigas” dövlət şirkəti və 1,75%-lə “Kazakhstan Pipeline Ventures LLC” şirkəti təmsil edir). Yerdə qalan 48,25% aşağıdakı səhmdarlar arasında bölüşdürülüb: Chevron Caspian Pipeline Consortium Company – 15%, LUKARCO B.V. – 12.5%, Mobil Caspian Pipeline Company – 7.5%, Rosneft-Shell Caspian Ventures Limited – 7.5%, BG Overseas Holding Limited – 2%, Eni International N.A. N.V. – 2% and Oryx Caspian Pipeline LLC – 1,75%.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart