logo

BP 2016-cı ildə AÇG blokunda 2 platformada neft hasilatını dayandırmağı planlaşdırır

Views: 48

semt_qazi2016-cı il ərzində “Azəri-Çıraq-Günəşli” blokunda iki hasilat platformasında profilaktik işlər aparmağı planlaşdırır. Bu barədə jurnalistlərlə söhbətində BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell məlumat verib.

“Cari ildə “Qərbi Azəri” və “Dərinsulu Günəşli” platformalarında profilaktik işlərin aparılmasını planlaşdırmışıq”, – deyə o qeyd edib.

Q.Birrell vurğulayıb ki, profilaktik işlərin aparılacağı dövrdə həmin platformalarda neft hasilatı dayandırılacaq. “Lakin qeyd olunan platformaların hər birində profilaktika müxtəlif vaxtlarda aparılacaq”, – deyə o əlavə edib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları BP (Böyük Britaniya – 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.

Xəbər verildiyi kimi, 2015-ci ildə BP “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 31,3 mln. ton neft hasil edib. Bununla belə, “Qərbi Azəri” platformasından orta sutkalıq hasilatın həcmi 110,3 min barel, “Dərinsulu Günəşli” platformasından 141,4 min barel neft təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart