logo

Azərbaycan neftini niyə “dondurur” – məsələ statistikada deyil

Views: 59

neft-do

Azərbaycan bəzi OPEK ölkələrinin və OPEK-ə daxil olmayan ölkələrin neft hasilatının dondurulmasına dair təşəbbüsünü dəstəkləyir. Belə bir fikri ANS TV-nin “Hesab vaxtı” verilişində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bəyan edib.

“Açıq söyləyim ki, biz artıq bu mövqeyə qoşuluruq. 2016-cı ildə biz neft hasilatını dondurmaq, yəni eyni səviyyədə saxlamaq fikrindəyik və artım layihələrini artıq saxlamışıq. Azərbaycanda neft hasilatı ötənilki səviyyədən yuxarı olmayacaq”, – deyə SOCAR prezidenti bildirib.

2015-ci ildə ölkə ərazisində neft hasilatı 41,689 mln. ton təşkil edib. Bu il hasilat 40,7 mln. ton səviyyəsində proqnozlaşdırılır.

Ötən cümə günü Rusiya energetika naziri Aleksandr Novak jurnlistlərə bildirib ki, OPEK ölkələrinin və OPEK-ə daxil olmayan ölkələrin neft hasilatının dondurulmasına dair Moskva görüşündə Azərbaycan və Qazaxıstan da iştirak edə bilərlər.

Qeyd edək ki, bu görüşün ilkin olaraq martın 20-də keçiriləcəyi ehtimal edilir və artıq 15 öz ölkə dəstəyini nümayiş etdirib.

Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, Azərbaycanın belə bir  addım atması onun istəyi ilə bu tədbirə qatılmaqda maraqları olan digər neft hasilatçı ölkələrinin arzularının üst-üstə düşməsi ilə əlaqədardır. Bu maraq isə neftin hazırkı aşağı qiymətlərinin artması yönümündə ən azından hansısa bir dəstəyin nümayiş etdirilməsidir. “Ona görə də məsələnin mahiyyətində heç də hansısa statistik həcmlərin qorunub saxlanılması uğrunda mübarizədən getmir, məqsəd bazarda neftin qiymətinin artımı uğrunda bu və ya digər formada həmrəylik nümayiş etdirənlərlə birgə olmaqdır”, – deyə İlham Şaban bildirib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart