Qazaxıstanın Energetika Nazirliyinin qaz sənayesi departamentinin rəhbəri Qalıma Nurqaziyeva bildirib ki,2015-ci ilin nəticələrinə görə,Qazaxıstanda qaz hasilatı 45.3 milyard kub metr təşkil edib.
Onun sözlərinə görə, bu 2014-cü ildə qeydə alınan qaz hasilatı göstəricisindən 5%,2000-ci ildəki göstəricidən 3.5 dəfə çoxdur.
O həmçinin qeyd edib ki, qaz ixracının həcmi artıb. 2015-ci ilin nəticələrinə görə,qaz ixracı 12.7 milyard kub metr təşkil edib ki,bu da 2014-cü ildəki göstəricidən 15% çoxdur.
Daxili bazarda qaz istehlakı 12.1 milyard kub metr olub. Bu 2000-ci ildəki istehlak səviyyəsinin göstəricisindən 2,2 dəfə çoxdur.