logo

Yanvarda Azərbaycanda neft hasilatı 4% azalıb

Views: 104

neft-tuman

2016-cı ilin nəticələrinə görə, Azərbaycanda 3 milyon 523.4 min ton neft və kondensat istehsal edilib ki,bu da keçən ilin analoji dövrünün göstəricisindən 3.9% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.

Məlumata görə, yanvar ayında əmtəəlik neft hasilatının həcmi 3 milyon 519,7 min ton təşkil edib. Hasilatda 3,9% azalma qeydə alınıb.

Hökumətin proqnozlarına görə, bu il Azərbaycanda 40.7 milyon ton neft və kondensat hasilatı planlaşdırılır ki, bu da 2015-ci ildəki göstəricidən 1 milyon ton azdır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart