logo

Yanvar ayında Azərbaycanın mənfəət neftindən gəlirləri xeyli azalıb

Views: 55

4569fd278ddc21a090729db61cecc532_L2016-cı ilin yanvar ayında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) mənfəət neftinin satışından daxilolmalar $442 mln. təşkil edib. Bu barədə Neft Fondundan məlumat verilib.

ARDNF-in məlumatına əsasən, ümumilikdə 2001-ci ildən 2016-cı il fevralın 1-nə qədər AÇG blokundan hasil edilən Azərbaycan neftinin satışından ARDNF-ə daxilolmalar $117,5 mlrd. təşkil edib.

Qeyd edək ki, 2015-ci ildə dövlətin ACG-nin mənfəət neftindən əldə etdiyi qazanc $6,9 milyard olmuşdusa, 2014-də bu göstərici $15,2 milyard idi.

Yanvar ayında mənfəət neftinin azalmasına təsir edəcək amillərdən biri də dünya bazarlarında neft qiymətlərinin kəskin ucuzlaşması olub. SOCAR-ın açıqladığı rəsmi məlumata görə, BTC FOB Ceyhan markalı neftin 1 barelinin yanvarda orta qiyməti $32,33 təşkil edib. Bu, ötən ilin yanvarındakı göstəricindən $16 aşağı idi.

“Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları Britaniyanın BP (35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inpex”, (10,96%), “Itochu” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətləridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart