“Bloomberg” agentliyi xəbər verir ki, Niderland-Britaniya şirkəti “Royal Dutch Shell” Qara dənizin bolqarıstan sahillərində neft və qaz kəşfiyyatı üzrə beş illik müqavilə imzalayıb.
Bolqarıstanın energetika naziri Temenujka Petkova bildirib ki,Shell “Silistar” blokunun kəşfiyyatına €18,6 milyon sərmayə yatırmaq niyyətindədir.
“Shell” şirkətinin Yaxın Şərq və Şimali Afrika üzrə vitse prezidenti Eylin Ulkinson bildirib ki,” Proses olduqca uzun və qeyri-müəyyən ola bilər. Biz kəşfiyyata başlamazdan əvvəl, bütün zəruri tənzimləyici və ekoloji xidmətlərin razılığını almalıyıq”.