logo

Robotlar 30 il ərzində əksər iş yerlərini tutacaqlar – proqnoz

Views: 176

Mütəxəssislərin fikrinə görə, növbəti 30 il ərzində iş yerlərinin böyük əksəriyyətində robotlar çalışacaqlar və bununla da, insan əməyinin artıq lazım olmadığı bir dövrdə həyatın mənasını axtarıb tapmaq üçün bəşəriyyət bu “vaxta qədər rastlaşdığı ən böyük çətinliklə” üzləşəcəkdir.   

RObotABŞ-ın Rays Universitetinin professoru Moşe Vardi iddia edir ki, növbəti bir neçə onillikdə orta sinif işçilərinin əksəriyyətinin gördüyü işləri maşınlar görəcəklər və işçilərin indiyə qədər olmadığı qədər çox asudə vaxtları olacaqdır.

Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının Vaşinqtonda keçirilən illik toplantısında çıxış edən professor Moşe qeyd etmişdir ki, robotların artması işsizlik səviyyəsinin 50 faizdən də çox həddə yüksəlməsinə gətirib çıxaracaqdır.

“Biz elə bir dövrə qədəm qoyuruq ki, burada maşınlar demək olar ki, istənilən tapşırığın həyata keçirilməsində insanlardan üstündürlər”, deyə hesablama mühəndisliyi üzrə professor Vardi qeyd etmişdir. “Robotlar getdikcə insanların adət etdiyindən daha çox işlər görürlər. Əczaçılıq, həbsxana mühafizəsi, toyuq ətinin sümükdən ayrılması və bir çox digər işlər mexaniki yolla həyata keçirilir”.      “Hesab edirəm ki, bu problem aktuallaşmadan öncə cəmiyyət onun həlli barədə düşünməlidir. Əgər maşınlar insanın görə biləcəyi istənilən işi görə bilirsə, bəs bu zaman insanlar nə edəcəklər?”

“Mənim irəli sürdüyüm sual ondan ibarətdir ki, bizim hazırladığımız texnologiya son nəticədə bəşəriyyət üçün faydalıdırmı? ”. Professor Vardi qeyd etmişdir ki, mövcud robotlar və süni intellekt texnologiyaları artıq çoxlu sayda orta-təbəqə iş yerlərini sıxışdırıb çıxarırlar və o, iddia edir ki, süni intellekt sahəsində müşahidə olunan artımın sürəti getdikcə böyüməkdədir.

Sinqapurda yerləşən “Nanyang” Texnologiya Universiteti tərəfindən bu vaxta hazırlanmış və insana ən çox bənzəyən robot dekabr ayında təqdim olunmuşdur və bu robot kampusun qəbul bölməsində çalışacaqdır.   Yumşaq dərisi və hamar qara saçları olan Nadine adlı bu robot təkcə qonaqları qarşılayıb, onları salamlamır, o, eyni zamanda gülümsəyir, onlarla birbaşa əlaqə qurur və əl sıxır, o, hətta əvvəl gələn qonaqları tanıya və əvvəlki söhbətlər əsasında onlarla yeni ünsiyyət də qura bilir.

Bu gün “Airbus” Şirkəti və Frankfurt Universitetinin Birgə Robot Texnologiyaları Laboratoriyası da aviasiya istehsalında mürəkkəb tapşırıqları həyata keçirmək üçün insana bənzər robot texnologiyaları üzərində çalışdıqlarını bəyan etmişlər. Şirkət bildirmişdir ki, bununla işçilər ən təhlükəli və ağır tapşırıqları həyata keçirməkdən azad olacaqlar və bu, onlara öz diqqətlərini daha dəyərli tapşırıqlara yönəltməyə imkan verəcəkdir.

Hazırlanmaqda olan yeni robotlar nərdivanla yuxarı çıxa və sürünərək kiçik məkanlardan keçə bilirlər və növbəti on ildə onların işçi qüvvəsinə qoşulacağı gözlənilir.  Bununla belə professor Vardi insana bənzər robotlardan ibarət olan işçi qüvvəsinin bəşəriyyət üçün faydalı olacağına inanmır.

“Bunun sadə cavabı odur ki, əgər maşınlar bizim hər bir işimizi görsələr, o zaman biz işdən kənar fəaliyyət haqqında düşünməyə başlayacağıq”, deyə o, qeyd etmişdir. “Mən bunun ümidverici bir gələcək olacağını hesab etmirəm, eləcə də yalnız asudə vaxtdan ibarət olan bir həyatın da cəlbedici olduğunu hesab etmirəm. Mən hesab edirəm ki, iş insanın rifahı üçün böyük əhəmiyyət kəsb edir”.

“Bəşəriyyət çox güman ki, indiyə qədər rastlaşmadığı böyük bir çətinliklə üzləşir və aşağıdakı ifadələr bitdikdən sonra həyatın mənasını tapmaq məcburiyyətində qalacaqdır, “Alın tərinlə çörək yeyəcəksən. Ona görə ki, yerin torpağısan, torpağa da qayıdacaqsan”. [Bibliya]”Biz bu fürsətdən istifadə etməli və insan əməyi istifadədən çıxmamış bu problemin həllini tapmalıyıq”.

“İndiki dövrdə fərq ondan ibarətdir ki, kompüter alimləri bizim çalışdığımız hər bir sahədə bizi ötüb keçən maşınların işlənib hazırlanması üzərində çalışırlar. Əgər maşınlar bizim gördüyümüz işlərin hamısını görürsə və yaxud çalışdığımız iş yerlərinin hətta 50 faizini zəbt edirsə bu zaman bəs insanlar nə edəcəklər?”.

ABŞ-ın Azərbaycandakı Səfirliyi

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart