logo

Neft Fondu daşınmaz əmlak fondlarına sərmayə qoymağa başlayıb

Views: 26

нефтяной фонлAzərbaycan Respublikası Dövlət Neft fondu (ARDNF) daşınmaz əmlak fondlarına sərmayə qoymağa başlayıb. Bunu Trend-ə ARDNF-dan deyiblər.

Fonddan qeyd ediblər ki, daşınmaz əmlaka qoyula biləcək sərmayələrin payı 5-dən 10 faizədək artırılıb.

Fonddan bildiriblər ki, ARDNF -ın bu sahədə məqsədi aşağı riskli və ya orta dərəcəli riskli daşınmaz əmlaka sərmayə qoymaqla portfelin şaxələndirilməsinə nail olmaqdır: “Bu sərmayələrin başlamasınadək ARDNF -ın son məqsədi bir sıra istiqamətləri əks etdirən geniş şaxəli portfelin yaradılması olub. ARDNF, həmçinin daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Neft fondu üçün bu investisiyalar gəlirliliyin artması üçün vacib vəsait olacaq”.

Qeyd edək ki, ARDNF ilk dəfə olaraq 2012-ci ildə London və Moskvada elit daşınmaz əmlaklar alıb, eləcə də Fond tərəfindən Paris, Yaponiya, Milanda daşınmaz əmlaklara investisiyalar həyata keçirilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart