logo

İran Ermənistana hər gün təxminən 1 milyon kubmetr qaz tədarük edir

Views: 28

Iran-Armenia-gas-pipelineİranın  Milli Qaz İxracı Şirkətinin direktoru Əlirza Kameli bildirib ki, İran üçüncü enerji nəql xəttinin tikintisi çərçivəsində Ermənistana qaz ixracını 5 dəfə artırmaq imkanlarını nəzərdən keçirir.

Hal-hazırda İran Ermənistana gündə 1 milyon kub metr qaz ixrac edir. Şirkətin direktoru hesab edir ki,yeni elektrik xətlərinin tikintisi İran qazının Ermənistan ixracı üçün əsas amil ola bilər.

2015-ci ildə İran ilə Ermənistan üçüncü elektrik ötürücü xəttinin tikintisi barədə saziş imzalayıblar. 107 milyon avro məbləğində olan müqavilə 275 km uzunluğunda iki elektrik ötürücü xəttin inşasını nəzərdə tutur. Bu qarşılıqlı elektrik təchizatı həcmini üç dəfə artıra bilər. İran bu layihə sahəsində Gürcüstan və Rusiyanın enerji sistemlərinə qoşulmaq istəyir. 400 kW gücündə olan üçüncu xətt  İran qazı qarşılığında Ermənistan elektrik enerjisinin çatdırılmasını asanlaşdıracaq.

İrandan alınan mavi yanacaq Erməistanda Yerevan İES-da elektrik enerjisi istehsalında sərf edilir və 3 kVt / saat  min kub metr qaz nisbətində geri qaytarılır.

Gömrük xidmətinin məlumatına görə, 2014-ci ildə İrandan Ermənistana 383 milyon kub metr qaz nəql edilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart