logo

Azərbaycan ÜDM-i hansı səbəblərdən yanvarda 3,3% azaldı?

Qeyri-neft sektorunda məhsul istehsalı ilk dəfə sıfırüstü bir göstərici təşkil etdi

stat-azalirCaspian Barrel Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2016-cı ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 4011,2 milyon manatlıq ($2554,9 milyon) və ya əvvəlki ilin yanvar ayına nisbətən 3,3% az ümumi daxili məhsul istehsal edilmişdir. Bunun əsas səbəbi neft-qaz sənayesində, tikintidə, nəqliyyat sektorunda məhsul və xidmətlər istehsalının azalması olmuşdur.

Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 418,3 manata ($266,4) bərabər olmuşdur.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 0,3% artmış, neft sektorunda isə 3,5% azalmışdır.

2016-cı ilin yanvar ayında 2112,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 3,1% az sənaye məhsulu istehsal edilmişdir. Bunun əsas səbəbi xam neft hasilatının 3,9%, qaz hasilatının 10,5%, elektrik enerjisi istehsalının 9,9 %, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olmuşdur.

Sənaye məhsulunun 62,2% mədənçıxarma sektorunda, 28,8% emal sektorunda, 8,1% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Azərbaycanda 2016-cı ilin yanvarında

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart