logo

TAP qaz kəmərinin tikinti işlərinə martda başlanması planlaşdırılır

Views: 38

Trans-Adriatik boru kəməri (TAP) layihəsi ilə bağlı tikinti işlərinə bu ilin mart ayında başlanması nəzərdə tutulur.

Строительство газопровода TAP начнется в марте 2016г – Минэнерго АзербайджанаBu fikirləri bu gün Azərbaycanın energetika naziri Natiq Əliyev ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edərkən səsləndirib.

N.Əliyev TAP ətrafında müşahidə olunan çətinliklərdən də söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib.

R.Sekuta isə ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın fevralın 29-da Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclası çərçivəsində Azərbaycana baş tutacaq səfərindən bəhs edərək, layihənin gedişatı ilə maraqlanıb. Səfir layihənin icrasının sürətləndirilməsinə kömək edəcək təkliflərin Məşvərət Şurasının iclasında müzakirəyə çıxarılmasını tövsiyə edib.

N.Əliyev Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı işlərin qrafikə uyğun aparıldığını və Azərbaycanın layihə ilə bağlı öhdəlikləri yerinə yetirdiyini diqqətə çatdırıb.

O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin əsas elementlərindən olan “Şahdəniz-2” üzrə konsepsiyaya körpü ilə birləşdirilən iki dəniz platformasının tikintisi, quyuları sahildəki terminalla birləşdirəcək 500 km uzunluğunda sualtı boru kəmərlərinin inşası, dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi, yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal terminalının genişləndirilməsi ilə yanaşı, 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması daxildir.

Nazir deyib ki, bu quyulardan 8-i artıq qazılıb. Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi layihəsi üzrə işlər Azərbaycan və Gürcüstan ərazilərində boru kəməri marşrutu boyunca davam etdirilir.

İndiyədək TANAP-ın tikintisi üzrə işlərin 20%-dən çoxu yekunlaşdırılıb.

Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclası bu layihələrin vaxtında yerinə yetirilməsinə və Azərbaycan qazının Avropaya çatdırılmasına lazımi dəstəyi təmin edəcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart