logo

2015-ci ildə BP şirkətinin xalis zərəri $6,5 mlrd təşkil edib

Views: 73

Britaniyanın neft-qaz nəhəngi BP Plc şirkətinin 2015-ci ildə xalis zərəri bir il əvvəlki $3,78 milyard gəlirə qarşı $6,482 milyard təşkil edib. Bu barədə şirkətin hesabatında bildirilir.

A BP (British Petroleum) logo is seen at a petrol station in central London February 3, 2009. BP missed analysts' forecasts with a 24 percent drop in fourth-quarter replacement cost net profit to $2.59 billion (1.82 billion pounds), due to a collapse in oil prices and a big loss at its Russian unit. REUTERS/Toby Melville (BRITAIN) - RTXB6JC
REUTERS/Toby Melville (BRITAIN)

Şirkətin bir adi səhmə düşən zərəri bir il əvvəlki 20,42 sent gəlirə qarşı 35.39 sent zərər təşkil edib.

IV rübdə şirkətin xalis zərəri $3,3 milyard olub. Şirkətin gəliri  33% azalaraq $49,23 milyard təşkil edib. 31 dekabr tarixinə şirkətin xalis borcu 27,2 milyard dollara qədər artıb.

IV rübdə şirkət gündə 3,397 milyon barel neft ekvivalenti hasil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 5.6% çoxdur. 2015-ci ilin nəticələrinə görə,şirkət hasilatı 4% artıraraq gündə 3,151 milyon barel neft ekvivalenti hasil edib.

*BP – 1909-cu ildə təsis edilib və dünyanın 6 ən böyük neft şirkəti sırasına daxildir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart