logo

SOCAR rəhbəri İranda səfərdə olub

Views: 57

Yanvarın 24-də SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub.

tehran2SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti İran Milli Neft Şirkətinin prezidenti Roknəddin Cavadi ilə görüş keçirib. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər. İran üzərindən beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın geniş potensiala malik olduğu vurğulanıb, bunun ikitərəfli iqtisadi münasibətlərə güclü təkan verə biləcəyi qeyd olunub. SOCAR-ın İranda həyata keçirilən həm onşor, həm də ofşor enerji layihələrində maraqlı olduğu bildirilib, bu əməkdaşlığın həm yerli, həm də beynəlxalq enerji şirkətləri ilə birlikdə həyata keçirilməsi perspektivlərinə baxılıb.

Görüşdə gələcək əməkdaşlığın “yol xəritəsi”nin hazırlanmasının məqsədəuyğunluğundan söz açılıb. İran tərəfi SOCAR-ın təkliflərinə çox ciddi və maraqla yanaşdıqlarını bildirib.

Əməkdaşlığın neft hasilatı, neft və neft məhsullarının ticarəti, birgə elmi tədqiqatlar və digər sahələri əhatə edə biləcəyi vurğulanıb.

R.Abdullayev İran Milli Neft Şirkətinin prezidenti R.Cavadini Bakıya səfərə dəvət edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart