logo

Özbəkistan tezliklə “Surqil” yatağında 50 quyunun qazılamasına başlayacaq

Views: 120

geolog_map“Uz-Kor Gas Chemical” birgə müəssisəsi Qaraqalpaqıstan vilayəti ərazisindəki Ustyurd qazkimya kompleksi üçün  xammal bazasını genişləndirmək niyyətindədir. Bu haqda “RİA Novosti” agentliyi xəbər yayıb.

“2015-ci ilin sonunda birgə müəssisə Surqil qaz yatağında 50 qaz quyusunun qazılması üçün tender elan edib”,- deyə BM-dən agentliyə bildidrblər.

Tenderin nəticələrini 2016-cı ilin birinci rübündə açıqlanması gözlənilir. Müqavilə 2017-ci ilin sonuna qədər həyata keçriləcək.

2015-ci ilin oktyabrında “Kor-Uz Gas Chemical” birgə müəssisəsi Ustyurt qaz-kimya kompleksinin inşasını başa çatdırıb. Kompleksin layihə gücü 4 milyard kub metr qazı emalına və 400 min ton polietilen və 100 min ton polipropilen istehsalına nəzərdə tutulub. Layihənin ümumi dəyəri 4,2 milyard dollardır. Layihənin podratçısı qismində Koreya şirkətləri çıxış edir – Samsung Engineering, GS Engineering и Hyundai Engineering.

* “Surqil” yatağı 2006-cı ildə aşkar edilib və 120 milyard kub metr qaz ehtiyatına malikdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart