logo

Bərbad idarəetmə Qazprom şirkətinin kapitallaşma cəhdlərini sıfıra endirib

Views: 106

миллер-галстук2013-cü ilin mayında “Qazprom” şirkətinin direktorlar şurası şirkətin kapitallaşmasını artırmaq üçün tədbirlər planı qəbul edib.

O vaxtdan bəri, “milli irsin” bazar dəyəri iki dəfə azalıb. Əlbəttə ki, neftin qiymətinin düşməsi demək olar ki, bütün iri neft və qaz şirkətlərinin kapitallaşmasına təsir göstərib,lakin “Qazprom” “öz çəki dərəcəsində” ən pis nəticələrdən birini göstərib.

Şirkətin sürətlə dəyərdən düşməsinə Rusiya prezidentinin Avropa Birliyindən Ukraynaya revers təchizatına cəza olaraq, ötən ilin payız-qış mövsümündə tədarükün məhdudlaşdırılması barədə qərarının böyük köməyi oldu.

“İnterfax” agentliyi yazırdı ki,”ixracı məhdulaşdırmaqla “Qazprom” təkcə gəlirlərini itirmir,eyni zamanda alıcılarına real cərimələr ödəyir : oktyabra kimi cərimələr yarımçıq tədarükün 4%,1 oktyabrdan isə yarımçıq tədarükün 8% təşkil edib”.

2014-2015-ci ilin qış mövsümündə “Qazrpom” 4 milyard dollar gəlir,Rusiya büdcəsi isə 1.5 milyard dollardan artıq vergi və rüsum itirib. Beləliklə Rusiya prezidenti Avropa Birliyini və Ukraynı yox, Rusiya büdcəsini və “Qazprom” şirkətinin səhmdarlarını cəzalandırıb.

Mixail Korçemkin, East European Gas Analysis (ABŞ) şirkətinin sahibi və baş direktoru

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart