logo

Qeyri-neft sektorunun ixracda payı enerjidaşıyıcılarının dəyərsizləşməsi hesabına artdı

Views: 70

2015-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $2 mlrd. 203 mln. 74,48 min təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 5,7 dəfə azdır.

ixracBu barədə “İnterfaks-Azərbaycan” agentliyi Dövlət Gömrük Komitəsinə (DGK) istinadəm məlumat yayıb.

2015-ci il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi $20 mlrd. 645 mln. 880,2 min (azalma 33,44%) təşkil edib.

Bununla yanaşı, hesabat ili ərzində ixracın həcmi $11 mlrd. 424 mln. 477,34 min, idxalın həcmi $9 mlrd. 221 mln. 402,86 min təşkil edib. 2014-cü göstəricisi ilə müqayisədə ixracın həcmi 47,66% azalıb, idxalın həcmi isə 0,36% artıb.

İxracın strukturunda 77,61% neftin, 6,58% neft məhsullarının, 1,76% təbii qazın, 2,73% meyvə-tərəvəz məhsullarının, 0,17% çayın, 1,34% bitki və heyvan mənşəli yağların, 1,86% qəndin, 0,23% spirtli və spirtsiz məhsulların, 0,7% kimya məhsullarının, 0,98% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,11% işlənməmiş gön (təbii xəzdən başqa) və dərinin, 0,31% qara metal və ondan hazırlanan məmulatların, 0,75% alüminium və ondan hazırlanan məmulatların, 4,87% digər məhsulların payına düşüb.

İdxal məhsullarının strukturunda 10,62% ərzaq məhsullarının, 3,23% tütün və tütün məhsullarının, 0,33% sementin, 1,5% neft məhsullarının, 2,94% əczaçılıq məhsullarının, 2,22% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,49% odun və agac məhsullarının, 17,21% qara metal və ondan hazırlanan məmulatların, 26,73% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 13,2% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,09% mebelin, 18,45% digər məhsulların payına düşüb.

2015-ci ildə xarici ticarət əməliyyatlarında 3,593 min özəl və dövlət müəssisəsi və 3,566 min fiziki şəxs iştirak edib.

Ötən il Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

2015-ci ildə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 19,73%-i), Almaniya (10,71%), Fransa (7,56%) və İsrail (7,02%), əsas idxal əməliyyatlarını isə Rusiya (15,59%), Türkiyə (12,7%), ABŞ (9,19%), Almaniya (7,48%) və İtaliya (6,37%) ilə həyata keçirib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart