SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ildə Ceyhan terminalından 17 mln. 931,458 min ton Azərbaycan nefti nəql edib ki, bu da 2014-cü ilin göstəricisindən 12,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
2015-ci ilin dekabr ayında ARDNŞ Ceyhan terminalından 1 mln. 852,763 min ton neft nəql edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə şirkət Ceyhan terminalından 20 mln. 483,248 min ton Azərbaycan nefti yola salıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%), SOCAR (25%), “Chevron” (8,9%), “Statoil” (8,71%), TPAO (6,53%), ENI (5%), “Itochu” (3,4%), “ConocoPhillips” (2,5%), INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.