logo

“Tengiz” yatağının genişləndirilməsi neft hasilatını 38 milyon tona çatdıracaq

Views: 251

tengizQazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyev bildirib ki, “Tenqiz” yatağının genişləndirilməsi neft hasilatını 26 milyon tondan 38 milyon tona qədər artırmağa imkan verəcək. Tikinti dövründə 20 mindən artıq iş yeri açılacaq.

O, həmçinin xəbər verib ki, “Kaşağan” yatağında boru kəmərlərinin dəyişdirilməsi cədvəli bir qədər qabaqlayır.

“2016-cı ilin sonunda xam neftin kommersiya hasilatına başlayacaq və 2020-ci ilə 13 milyon tona çatacaq”, – deyə o bildirib.

Mirzaqaliyevin sözlərinə görə, 2018-ci ilə “Karaçaqanak” yatağında gələcək genişlənmənin layihələndirilməsi və investitsiya qərarının verilməsi gözlənilir. Bu uzun müddətli perspektivdə neft hasilatını cari səviyyədə saxlamağa və yeni iş yerləri açmağa imkan verəcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart