logo

SOCAR xərcləri niyə azaltdı?

Views: 104

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev xərclərin azaldılması ilə bağlı əmr imzalayıb. Azərbaycan Dövlət Neft Şirkətinin belə bir qərarı cəmiyyətdə şok effekti yaradıb. Əhali SOCAR-ın birdən-birə xərcləri sıfıra endirməklə bağlı qərarını kəskin inflyasiyanın başlanğıcı kimi dəyərləndirir.

rovneq_aBəs SOCAR-ın bu qərarının əsasında nə dayanır? Həqiqətənmi ölkədə kəskin inflyasiya başlayıb?

İqtisadçı-ekspert Rəşad Həsənov aznews.az-a SOCAR-ın sözügedən qərarını şərh edərkən deyib ki, SOCAR neft şirkətidir və onun gəlirləri neftin dünya bazarlarında qiyməti və eyni zamanda şirkətin hasilat gücündən asılıdır:

“Dünya bazarında qiymətlərin kəskin ucuzlaşması təbii olaraq, SOCAR-ın gəlirlərinin azalmasına gətirib çıxarır. SOCAR bu halda məcburdur ki, yeni çağrışlara uyğun iqtisadi siyasət həyata keçirsin. Bu, dünyada fəaliyyət göstərən digər neft şirkətlərində də baş verir. Hətta BP, AMOKO kimi böyük şirkətlər özləri belə növbəti illər və hazırda cari il üçün öz xərclərini müəyyən qədər ixtisar edilməsində, ştat vahidinin azaldılması istiqamətində tədbirlər görürlər. Bu normal və qəbul edilən haldır”.

Ekspert hesab edir ki, SOCAR çox düzgün qərar qəbul edib:

“Gəlirlərin çox olduğu vaxtı, bir çox hallarda müəyyən priaritet olmayan xərc istiqamətində ayırmaların həyata keçirilməsi, effektiv əmək səmərəsi olmayan statların mövcudluğu, bunlar çox da diqqəti cəlb etmir. Əgər gəlirlərdə maliyyə sabitliyində müəyyən problemlər ortaya çıxırsa, bu zaman xüsusi ilə də vacib mühüm əhəmiyyət kəsb etməyən istiqamətlərdə xərclərin ixtisar olunması artıq gündəmə gəlir”.

R.Həsənov qeyd edib ki, belə olduqda az əhəmiyyətli ştat vahidlərinin ləğv edilməsi, yaxud da SOCAR-ın texniki proseslərinə hər hansı bir əngəl törətməyəcək istiqamətlərdə xərclərin məhdudlaşdırılması kimi addımların atılması, qurumda yaranmış vəziyyəti daha az zərərlə idarəetmə cəhdi kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, əmrdə SOCAR tərəfindən sosial yönümlü layihələrin, sponsorluq və xeyriyyəçilik fəaliyyətinin, maliyyə yardımlarının məhdudlaşdırılması, nəqliyyat, rabitə, ofis ləvazimatlarının alınması kimi xərclərin azaldılması, izafi xərclərin aradan qaldırılması tədbirlər öz əksini tapıb. Bundan əlavə, 2016-cı ilin yanvarın 1-dən SOCAR-ın nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsində də əsaslı dəyişikliklər nəzərdə tutulub. Dəyişikliyə əsasən, bu sahədə xərclərin sıfıra endirilməsi məqsədilə nümayəndəliklərin əksəriyyətinin fəaliyyəti ictimai əsaslarla SOCAR-ın digər əlaqəli qurumlarına ötürüləcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart