logo

SOCAR-ın dövlət büdcəsinə köçürmələrində 18% azalma qeydə alındı

Views: 39

stat-vergiAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) noyabrda dövlət büdcəsinə 133 milyon 599 min manat vəsait köçürüb. 2014-cü ilin noyabr ayı ilə müqayisədə büdcəyə köçürmələrdə 8 milyon 774 min manat, yaxud 6,16% azalma qeydə alınıb.

SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, yanvar-noyabr aylarında isə şirkət büdcəyə 1 milyard 404 milyon 875 min manat vəsait ödəyib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 302 milyon 46 min, yaxud 17,70% azdır.

Noyabrda SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 189 min manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin noyabr ayı ilə müqayisədə 571 min manat və ya 105,4 faiz çox olub. Yanvar-noyabr aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 126 milyon 606 min manat təşkil edib. 11 ayın nəticəsi olaraq DSMF köçürmələrin həcmi 2,26% azalıb.

Caspian Barrel bildirir ki, SOCAR-ın dövlət büdcəsinə vəsaitlərinin ödənilməsindəki azalma obyektiv səbəblərlə bağlıdır. Belə ki, SOCAR-ın ixrac etdiyi neft, neft məhsullarının qiyməti xeyli aşağı düşüb, həmçinin ona Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində çatan mənfəət neft və qazından gələn gəlirlərinin həcmi azalıb. DSMF-na ödənişlərin azalması isə SOCAR işçilərinin sayının azalması səbəbdindən baş verib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart