logo

SOCAR Hökumətin yardım ayırmadığı 3 neftçinin ailəsinə özü köməklik edəcək

Views: 41

Hökumətin ehtiyat fondunda 45 min manat vəsaiti yox idimi?

socar-ishchiDekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları – buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə SOCAR tərəfindən 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılmışdır.

Qeyd edək ki, ötən həftə Baş nazir Artur Rasizadənin imzaladığı sərəncamda “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə 15 min manat məbləğində vəsait ayrılıb. Ancaq nədənsə Azərbaycan Hökuməti öz imzaladığı sərəncamla eyni gündə vəzifə borcunu həyata keçirərkən iş başında həlak olmuş neftçilər arasında ayrı-seçkiliyə yol verib. Günəşli yatağındakı 10N-li özüldə həlak olanlara bu Sərəncamdan irəli gələn yardım şamil edilib, “Neft Daşlarında” həlak olan həmkarlarına isə yox!

Bu isə cəmiyyətdə ciddi narazılığa səbəb olmuşdu, eləcə də  “Neft Daşlarında” həlak olan neftçilərin ailələri və yaxınları Hökumətin bu addımını anlamadıqlarının mətbuat vasitəsilə bildirmişdilər.  Sanki Hökumətin ehtiyat fondunda 45 min manat vəsaiti yoxmuş?

Yaxşı ki, Dövlət Neft Şirkəti vaxtında addımlar atıb məsələni özü həll etmək yolunu tutaraq sosial gərginliyin yaranmasına imkan vermədi.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart