“Qazprom” şirkətinin departament rəisi Vitali Xatkovun “Qaz Rusiya” forumundakı hesabatına əsasən,”Qazprom ASC-nin daxili bazara qaz tədarükündən xalis zərəri 33.5 milyard rubl, rentabellik isə -3.5% təşkil edəcək.
Şirkətin zərəri qaz qiymətlərinin indeksləşdirilməməsi ilə bağlı deyil. Zərər tələb olunmayan layihələrə 2.4 trilyon rubl vəsait xərcləməsindən yaranıb. Layihələrə çəkilən əlavə əməliyyat xərcləri Rusiya istehlakçılarına çatdırılan qazın xərclərinə əlavə edilir.
Eyni şeylər ixrac layilərində baş verir. Məsələn,”Şimal Axını” layihəsi üçün qaz tədarük edəcək Gryazovets-Vyborg qaz kəmərinin əməliyyat xərcləri daxili tədarük xərclərinə əlavə edilib.
P.S. Mənim hesablamalarına görə, “Qazprom”un lazımsız layihə üzrə xərcləri “Vedomosti” qəzetinin hesablamasından çoxdur.
Mixail Korçemkin, “East European Gas Analysis” şirkətinin direktoru