logo

OPEK noyabrda son 3 ildə neft hasilatını maksimum həddə çatdırıb

Views: 131

opec4Bloomberg agentliyi xəbər verib ki, 2015-ci ilin noyabrında Neft İxrac edən Ölkələr Təşkilatı son üç il ərzində neft hasilatını ən yüksək həddə çatdırıb.

OPEK-in dərc olunmuş hesabatına əsasən,təşkilata daxil olan ölkələr keçən ay neft hasilatını gündə 230.1 min barel artıraraq 31,695 milyon barel neft hasil ediblər.

Keçən ay İraq neft hasilatını gündə 247.5 min barel artıraraq –  gündə 4.3 milyon barel neft hasil edib. Səudiyyə Ərəbistanı isə əksinə neft hasilatını gündə 25.2 min barel azaldaraq,gündə 10.13 milyon barel neft hasil edib.

            2016-cı ildə OPEK orta hesabla gündə 30.8 milyon barel neft hasil etməyi planlaşdırır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart