National Iranian Oil Co. şirkətinin vitse prezidenti Əli Kardor bildirib ki,İranın neft hasilatı layihələrinə sərmayə yatırmaq qərarına gəlmiş investorlar neft qiymətlərinin hətta bir barel üçün $ 30 düşəcəyi halda belə mənfəət əldə edəcəklər.
Əli Kardorinin sözlərinə görə,İran yanvarda Tehranda,fevralda isə Londonda beynəlxaq investorlar üçün investitsiya şəraiti barədə əlavə seminarlar keçirəcək.
İran xarici investorlara ümumi dəyəri $30 milyardı aşan 70 neft və qaz yataqlarının işlənməsində iştirak etməyə çağırıb.
Gözlənilir ki,müqavilələr 20 il müddətinə imzalanacaq.