Azərbaycan, Materiallar

“Günəşli” yatağında yanğının söndürülməsi üzrə səylər davam etdirilir – video

10N-plat6Xəzərdə “Günəşli” yatağının 10 saylı platformasında yanğının söndürülməsi üzrə işlər və itkin düşmüş neftçilərin axtarışı davam etdirilir.

FHN-in məlumatına görə, hazırda Dövlət Yanğınsöndürmə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürən gəmiləri, habelə platformaya aparılmış yanğınsöndürənlər fasiləsiz olaraq alovla mübarizəni davam etdirir.

* Dekabrın 4-də güclü tufan nəticəsində yüksək təzyiqli sualtı qaz kəməri zədələnib, bu da SOCAR Dövlət Neft Şirkəti tərəfindən istismar olunan “Günəşli” yatağının platformasında yanğına səbəb olub. Yanan platformadan 33 neftçi xilas olunub. Hazırda həlak olmuş 8 nəfərin cəsədi tapılıb, 22 neftçi isə itkin düşmüş hesab olunur. Bundan başqa, “Neft Daşları”nda platformadan dalğaların içərisində neftçilər olan budkanı uçurub dənizə atması nəticəsində itkin düşmüş 3 neftçinin cəsədi hələ tapılmayıb.