logo

“Brent” markalı neftin qiyməti gözlənilmədən 2008-ci ilin dekabr səviyyəsinə endi

Views: 57

neft-doBu günün ikinci yarısında dünya birjalarında “qara qızılın” qiymətləri sürətlə ucuzlaşmağa başlayıb. Buna səbəb isə cümə günü Beynəlxalq Enerji Agentliyinin (İEA) ictimaiyyət üçün açıqlanan  hesabatı olub.

Caspian Barrel həmin hesabata əsasən xəbər verir ki, 2016-cı ildə dünya neft bazarında tələb təklifi üstələyəcək. Məhz bu məlumatdan sonra treyderlər tələsik əldə olan neft partiyalarını satışa çıxarmağa başlayıblar.

Nəticədə, bir müddət sonra neftin qiyməti 39,5 dollardan 38 dollara qədər ucuzlaşıb. London əmtəə birjasında (İCE) Bakı vaxtı ilə saat 21 radələrində “Brent” markalı neftin bir bareli 37,46  dollara satılıb.  Hazırda 23.15 radələrində bu göstərici 37.97-yə qədəryüksəlib.

Nyu-York birjasında WTI markalı neft isə 3,75% ucuzlaşaraq 35,63 dollara təklif edilir.

Qeyd edək ki, belə bir qiymət neft bazarlarında sonuncu dəfə 2008-ci ilin dekabrında qeydə alınmışdı.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart