logo

BP 2017-ci ilə qədər xərcləri 25% azaldacaq

Views: 110

bp-yanBritaniyanın BP neft şirkətinin orta müddətli proqnozunda bildirilir ki, şirkət 2017-ci ilə qədər  kapital xərclərini 22.9 milyard dollardan 17-19 milyard dollara qədər və ya 25% azaltmaq niyyətindədir.

Kəşfiyyat və hasilat üzrə xərclər 2014-cü ildəki 19 milyarda qarşı 15-16 milyard dollar səviyyəsində gözlənilir. Marketinq və emalı sahəsində, eləcə də şirkətin digər sahələrində xərclər 2014-cü ildəki 3.9 milyard dollardan 2-3 milyard dollara qədər azaldılacaq.

Nizamlanan maliyyə xərclərinin 2017-ci ilə qədər təxminən 6 milyard azaldılacağı planlaşdırılır. Qeyri-əməliyyat xərclərinin 2016-cı ilin sonuna qədər 2,5 milyard dollara qədər azaldılacağı gözlənilir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart