logo

AİB Azərbaycanda enerji layihələrinə təxminən $790 mln ayırır

Views: 41

power-transmission

2016-2018-ci illərdə Asiya İnkişaf Bankı Azərbaycanda enerji layihələrinə 790 milyon dollar ayırmağı planlaşdırır.

Azərbaycana aid bankın biznes planına əsasən, bu vəsait elektrik paylama və bərpa olunan enerji inkişafı mənbələri üçün ayrılacaq.

“Azərişıq” ASC-nin elektrik paylama şəbəkəsinin inkişafına $250 milyon ayrılacaq. Eyni zamanda Azərbaycan hökümətinin layihədə payı 2016-cı ildə $75 milyon, 2017-ci ildə $85 milyon, 2018-ci ildə isə $90 milyon təşkil edəcək.

Bərpa olunan enerji mənbələrinə 2018-ci ildə $40 milyon ayrılacaq. Bu layihədə hökumətin payı $13 mln təşkil edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart