ABŞ-ın “Cheniere” şirkəti 2016-cı ilin yanvarında Sabina Pass zavodundan LNG-nin ixracına başlayacaq. Caspian Barrel “LNG World News” agentliyinə istinadən bildirir ki, şirkətin planına görə,ilk LNG partiyası 12 yanvarda terminaldan ixrac ediləcək.
Zavodun direktoru Çarif Souki bildirib ki,birinci mərhələdə ayda bir yük göndəriləcək. Gələn ilin dekabrında isə zavod tam gücü ilə işləyəcək. Sabina Pass və Corpus Cristi zavodlarında bütün istehsal xətləri istismara verildikdən sonra Cheniere şirkəti ildə 31.5 milyon ton LNG ixrac edə biləcək.
Qeyd etmək lazımdır ki,bu həcmlərin böyük hissəsi uzunmüddətli müqavilələr əsasında konstraksiya edilib.Eyni zamanda Soukinin sözlərinə görə, ildə 4 milyon ton LNG spot bazarlarında satılacaq.