2015-ci ildə Azərbaycanda PSA (Hasilatın pay bölgüsü haqqında sazişlər) tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə 696 mln. manat həcmində vəsait ödəyiblər. Bu barədə çərşənbə axşamı vergilər nazirinin birnci müavini Natiq Əmirov mətbuat konfransında bildirib.
“Həmin şirkətlər 800 mln. manat proqnoza qarşı 696 mln. manat həcmində mənfəət vergisi ödəyiblər. Planın icrası ilə bağlı bu cür vəziyyət neftin qiymətinin ucuzlaşması ilə əlaqədardır”, – deyə N.Əmirov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında qeyd edib.
2015-ci ildə mənfəət vergisinin ödənişi ilə bağlı proqnoz bir barel neftin $90 həcmində orta qiyməti əsasında müəyyən edilib.
N.Əmirov bəyan edib ki, neft sektoru üzrə vergi daxiolmalarının azalması fonunda qeyri-neft sektorundan vergi daxilolmaları artıb. 2015-ci ilin yanvar-oktyabr aylarında bu proqnoz 136 mln. manat artıb, ötən ilin analoji dövrü ərzində həmin göstərici 542 mln. manat artıb.
“10 ay ərzində ümumi vergi daxilolmaları 5 mlrd. 965 mln. manat proqnoza qarşı 5 mlrd. 970 mln. manat təşkil edib. Qeyri-neft sektoru üzrə daxilolmalar 4 mlrd. 63 mln. manat təşkil edib”, – deyə N.Əmirov vurğulayıb.