Azərbaycan Dövlət Neft Şirkəti 2015-ci ilin yanvar-oktyabr aylarında dünya bazarlarına 983,239 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda 781,599 min ton dizel yanacağı, 201,360 min ton aviasiya yanacağı, 280 ton soba mazutunun payına düşüb.
2015-ci ilin oktyabr ayında SOCAR 97,483 min ton neft məhsulu, o cümlədən 74,317 min ton dizel yanacağı və 23,166 min ton aviasiya yanacağı ixrac edib.
SOCAR-ın məlumatına görə, oktyabr ayında dünya bazarında etilləşdirilməmiş benzinin 1 ton üçün qiyməti $485,31, təyyarə yanacağının qiyməti $454,88, dizel yanacağının qiyməti $433,11, 1% kükürdlü mazutun qiyməti $231,63 təşkil edib.
2014-cü ildə şirkət 1 mln. 199,543 min ton neft məhsulu ixrac edib.