logo

​”Schlumberger”in Azərbaycandakı törəmə şirkəti bağlandı

Views: 71

shlum“Georservice S.A.” şirkətinin Azərbaycandakı nümayəndəliyi bağlandığını elan edib. Bu barədə “Report”a Vergilər Nazirliyindəki mənbələrdən məlumat verilib.

Şirkətin kreditorları iki ay müddətində tələblərini Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, ev 10 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, 1958-ci ildə əsası qoyulan “Georservice S.A.” şirkəti “Schlumberger Ltd.”nin törəmə şirkəti kimi fəaliyyət göstərir.

Baş ofisi Parisdə (Fransa) yerləşən “Georservice S.A.” əsasən sahə nəzarət xidmətləri, dərin quyularda palçıqların kimyəvi və mexaniki tərkibi ilə bağlı analizlərin aparılması və neft-qaz əməliyyatlarının məhsuldarlığına nəzarət edilməsi xidmətləri göstərir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart