logo

9 ayda ExxonMobil-in xalis mənfəəti  47% azalıb

Views: 35

exxAmerikanın neft-qaz nəhəngi ExxonMobil şirkətinin xalis mənfəəti 2015-ci ilin 9 ayında 2014-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 47% azalaraq 13.37 milyard dollar təşkil edib.

Şirkətin gəliri 35.6% azalaraq 209.075 milyard dollar olub. Hesabat dövründə bir səhmə düşən gəlir 3.18 dollar təşkil edib.

2015-ci ilin üçüncü rübündə ExxonMobil 4.24 milyard dollar təmiz mənfəət əldə edib ki,bu da keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azadır.

Üçüncü rübdə şirkətin karbohidrogen hasilatı 2.3% artaraq gündə 3.9 milyon neft ekvivalenti təşkil edib.

Neft emalından əldə edilən rüblük gəlir iki dəfə artaraq 2 milyard dollar təşkil etdiyi halda, kəşfiyyat və hasilat bölməsində gəlirlər 1.4 milyard dollara qədər azalıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart