logo

SOCAR yanvar-sentyabr aylarında qazma işlərinin həcmini 18,5% azaldıb

Views: 36

burenie

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-sentyabr aylarında qazma işlərinin həcmini 2014-cü ilin analoji dövrü ilə müqayisədə 18,5% – 80,548 min metrədək azaldıb. Bu barədə SOCAR-ın saytında məlumat verilir.

Bununla yanaşı, kəşfiyyat qazma işlərinin həcmi 1 min metr (azalma 38,6%), istismar qazma işlərinin həcmi 79,548 min metr (azalma 18,1%) təşkil edib.

Cari ilin sentyabr ayında SOCAR üzrə qazma işlərinin həcmi 8,288 min metr təşkil edib. Bunun bütün həcmi istismar qazma işlərinin payına düşüb.

2015-ci ilin yanvar-sentyabr aylarında SOCAR-ın qazma idarələri tərəfindən 55, həmçinin sentyabr ayında 10 yeni quyu istismara verilib.

Daha əvvəl SOCAR-ın neft və qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən məlumat verilib ki, şirkətin öz yataqlarında həyata keçirdiyi qazma işlərinin həcmi 138,6 min metr təşkil edəcək. Bununla yanaşı, şirkət il ərzində 93 quyu istismara verməyi planlaşdırır.

Xəbər verildiyi kimi, 2014-cü ildə SOCAR üzrə qazma işlərinin həcmi 127,346 min metr, o cümlədən istismar qazma işlərinin həcmi 124,718 min metr, kəşfiyyat qazma işlərinin həcmi 2,628 min metr təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart