logo

SOCAR yanvar-iyul aylarında qaz hasilatını 9,6% azaldıb

Views: 23

добычу-газаSOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-iyul aylarında 3 mlrd. 977,4 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.

2015-ci ilin iyul ayında SOCAR 605,4 mln. kubmetr qaz hasil edib.

Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda əmtəəlik qaz hasilatının ümumi həcmi 18 mlrd. 718,7 mln. kubmetr təşkil edib ki, bunun da 7,2 mlrd. kubmetrdən çoxu SOCAR-ın payına düşüb.

Daha əvvəl SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən məlumat verilmişdi ki, 2015-ci ildə SOCAR üzrə qaz hasilatı 6,5 mlrd. kubmetr həcmində proqnozlaşdırılır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart