logo

SOCAR yanvar-avqust aylarında neft məhsullarının ixracını 27% azaldıb

Views: 38

vagon-stansiyaSOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-sentyabr aylarında dünya bazarlarına 885,756 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 27,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Hesabat dövründə ixracın strukturunda 707,282 min ton dizel yanacağı, 178,194 min ton aviasiya yanacağı, 280 ton soba mazutunun payına düşüb.

2015-ci ilin sentyabr ayında SOCAR 75,211 min ton neft məhsulu, o cümlədən 56,484 min ton dizel yanacağı və 18,727 min ton aviasiya yanacağı ixrac edib.

SOCAR-ın məlumatına görə, sentyabr ayında dünya bazarında etilləşdirilməmiş benzinin 1 ton üçün qiyməti $502,77, təyyarə yanacağının qiyməti $466,9, dizel yanacağının qiyməti $449,25, 1% kükürdlü mazutun qiyməti $220,76 təşkil edib.

2014-cü ildə şirkət 1 mln. 199,543 min ton neft məhsulu ixrac edib.

2015-ci il yanvarın 1-dən Azərbaycanda bir neft emalı zavodu – Heydər Əliyev adına Bakı NEZ fəaliyyət göstərir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart