logo

SOCAR Rusiya qazının Azərbaycana idxalına hələ başlamayıb

Views: 63

socar-gaz2-400x216SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Rusiya qazının Azərbaycana idxalına hələ başlamayıb. Bu barədə cümə axşamı jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev bəyan edib.

“Hələlik qaz idxal edilmir. Hazırda danışıqlar aparılır və svop tədarüklər, yeraltı anbarlara maksimum həcmdə qazın vurulması və neft hasilatının gələcəkdə artırılması məqsədi ilə səmt qazının laylara vurulması üzrə texniki detallar üzərində iş aparılır”, – deyə R.Abdullayev qeyd edib.

Bununla belə, o “Qazprom” ilə sazişin imzalanacağı tarixi qeyd etməkdə çətinlik çəkib.

Daha əvvəl R.Abdullayev bəyan etmişdi ki, SOCAR və “Qazprom” 2015-ci ilin oktyabr ayından etibarən Rusiya qazının Azərbaycana tədarükü üzrə müvəqqəti svop əməliyyatlarının həyata keçirilməsini planlaşdırır. “Qazprom” Azərbaycana yeraltı qaz anbarlarına vurulacaq qaz tədarük edəcək. Nəticədə gələcəkdə SOCAR həmin qazdan Rusiyanın cənubunun qazla təchizatı üçün istifadə edəcək.

İlkin mərhələdə Rusiyadan Azərbaycana sutkada 10 mln. kubmetr qaz nəql olunacaq. İlkin olaraq bu cür əməliyyatlar çərçivəsində Azərbaycana illik 2 mlrd. kubmetr qazın tədarükü planlaşdırılır.

“Maksimal həcmdə qaz vurmaqla biz qaz anbarlarımızın gücünü yoxlamaq istəyirik. Onların gücü ilkin olaraq 3,5 mlrd. kubmetrə, sonra isə 6 mlrd. kubmetrə qədər artırılsa da, son artımdan sonra yoxlanılmamışdı, beləliklə, biz onları sınaqdan keçirmək istəyirik”, – deyə o bildirib. Yeraltı qaz anbarlarına qazın vurulmasının stabil yüksək səviyyədə təmin edilməsi həm də SOCAR-a “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan səmt qazının seçmə həcmlərinin azaldılmasına və AÇG blokundan neft hasilatının artırılması üçün onun laylara maksimum həcmdə vurulmasına imkan yaradacaq.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart