Azərbaycan Dövlət Neft Şirkəti 2015-ci ilin yanvar-iyul aylarında 4 mlrd. 580,8 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,7% azdır. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
Caspian Barrel bildirir ki, 2015-ci ilin avqust ayında SOCAR 603,4 mln. kubmetr qaz hasil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda qaz hasilatının ümumi həcmi 29 mlrd. 615,3 mln. kubmetr təşkil edib ki (neft quyularına vurulan səmt qazının həcmi nəzərə alınmaqla – Caspian Barrel), bunun da 7,2 mlrd. kubmetrdən çoxu SOCAR-ın payına düşüb.
Daha əvvəl SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən məlumat verilmişdi ki, 2015-ci ildə SOCAR üzrə qaz hasilatı 6,5 mlrd. kubmetr həcmində proqnozlaşdırır.