logo

SOCAR dövlət büdcəsinə ödənişlərinin nə qədər azaldığını açıqladı

Views: 34

batan_pullarAzərbaycan Dövlət Neft Şirkəti 2015-ci ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 135 milyon 245 min manat vəsait ödəyib. Ötən ilin 9 ayının göstəriciləri ilə müqayisədə şirkətin büdcəyə ödəmələri 19,65 faiz azalıb. Bu haqda SOCAR-ın mətbuat xidməti məlumat yayıb.

SOCAR 2015-ci ilin sentyabr ayında dövlət büdcəsinə 136 milyon 487 min manat vəsait ödəyib.

Bundan əlavə, cari ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 788 min manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 144 min manat və ya 101,2 faiz çox olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 104 milyon 223 min manat təşkil edib.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart