logo

SOCAR Ceyhan terminalından neft nəqlini 16% azaldıb

Views: 35

neft-ashagiSOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-sentyabr aylarında Ceyhan terminalından 13 mln. 108,589 min ton Azərbaycan neftini tankerlərə yükləyib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 16,2% azdır. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Cari ilin sentyabr ayında SOCAR-ın Ceyhan terminalından yükləmələrinin həcmi 1 mln. 836,547 min ton təşkil edib.

Xəbər verildiyi kimi, 2014-cü ildə şirkət Ceyhan terminalından 20 mln. 483,248 min ton Azərbaycan nefti tankerlərə yüklənərək yola salınmışdı.

Ceyhana neft BTC neft kəməri ilə çatdırılır. BTC-nin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.

Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ConocoPhillips” (2,5%); INPEX (2,5%); “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart