logo

Sentyabrda  Norveçin neft hasilatı proqnozdan12% çox olub  

Views: 24

Transocean Leader2015-ci ilin sentyabrında Norveçin kontinental şelfində neft hasilatı həcmi proqnozdan12% çox olaraq gündə 1.54 milyon barel təşkil edib. Bu 2015-ci ilin avqustu ilə müqayisədə 3% az,2014-cü ilin sentyabrı ilə müqayisədə isə 5% çoxdur.

Sentyabrda Norveçin Avropaya ixrac etdiyi qazın həcmi 9.3 milyard kub metr təşkil edib ki,bu da keçən ilin sentyabrı ilə müqayisədə 18% çox,lakin bu ilin avqustu ilə müqayisədə 3.5% azdır.

2015-ci ilin ilk 9 ayı ərzində Norveç şelfində karbohidrogen hasilatı 168.1 milyon kub metr neft ekvivalenti təşkil edib. Onlardan 67.2 milyon kubu (423 milyon barel) neftin,16.3 milyon kub – LNG və kondensatın və 84.6 milyon kub isə qazın payına düşüb. 2014-cü illə müqayisədə hasilatın ümumi artımı 10 milyon kub metr və ya 6% təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart