logo

“Petkim PetroKimya Holding A.Ş.” yeni şirkət yaradır

Views: 74

petkim

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.” müasir texnologiya ilə plastiklər və kimyəvi məhsullar istehsal edəcək yeni şirkət yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasının (Kamuyu Aydınlatma Platformu) rəsmi saytına verdiyi açıqlamada deyilir.

Məlumatda bildirilir ki, əlavə dəyəri yüksək, müasir mühəndislik məhsulu olan plastiklərin (masterbach, compund) və kimyəvi məhsulların istehsalında ixtisaslaşacaq “Petkim Specialities Mühendislik Plastikleri Sanayi ve Ticaret A.Ş.” (Petkim Specialities) adı ilə 100 faizi “Petkim PetroKimya Holding A.Ş.”yə məxsus yeni şirkətin yaradılmasına qərar verilib.

Bu çərçivədə şirkətin nəzdindəki 14 min ton istehsal tutumuna malik Plastik İstehsalı Fabrikinin bütün imkanları “Petkim Specialities” tərəfindən istifadə ediləcək. Müəssisə ilkin mərhələdə təxminən 5 milyon ABŞ dolları həcmində investisiya ilə 10 min ton tutumlu yeni avadanlıqlarla təmin ediləcək. “Petkim Specialities”in istehsal tutumunun 24 min tona çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur.

SOCAR 2012-ci il mayın 30-dan etibarən isə Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart