logo

Neft qiymətləri bu gün növbəti minimal həddi keçə bilər

Views: 58

originalDünya bazarlarından neftin ucuzlaşması davam edir. Brent markalı neft bu gün ola bilsin ki, hərraclarda 46 dollara qədər ucuzlaşsın.

Caspian Barrel bazar iştirakçılarına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12.15-də London əmtəə birjasında (İCE) Brent markalı neftin 1 bareli 47,13 dollara satılırdı. Dünənki günlə müqayisədə qiymətlərdə artıq 0,86% ucuzlaşma qeydə alınıb.

Nefin ucuzlaşmasına səbəb isə ABŞ-da neft ehtiyatlarının 1930-cu ildən bu yana rekord həddə artmasıdır. ABŞ-ın satışa çıxarıla biləcək neft ehtiyyatları arrıq 477 milyon barelə qədər yüksəlib. Qeyd olunur ki, təkcə Oklahoma ştatındakı ehtiyat anbarlarında 180 milyard dollarlıq xam neft tədarük edilib.

Bu səbəbdən də ABŞ-ın hazırda dünya neft bazarına təsiri (qiymət baxımından) daha effektivlidir, nəinki OPEK-in. ABŞ-ın neft ehtiyatları ilə bağlı ölkənin enerji agentliyinin açıqladığı rəsmi statistika br anın açırisində dünya birjalarında neftin qiymətini dəyişə bilər.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart