logo

Lukoil İranda neft yatağının işlənməsində iştirak etməyəcək

Views: 49

azar_oilfield_iranRusiyanın Lukoil neft şirkəti  İranın “Azar” neft yatağının inkişaf planının birinci mərhələsində iştirak etməyəcək. Bu bardə Mehr News agentliyi İranın Milli Neft Şirkətinin icraçı direktoru (NIOC) Roknodina Cavadiyə istinadən xəbər yayıb.

Cavadi bildirib ki, ”Azar” yatağının inkişaf planın birinci mərhələsində xarici şirkətlərin,o cümlədən Lukoil şirkətinin iştirakına ehtiyac yoxdur.

Onun sözlərinə görə, xarici şirkətlər bu yataqın inkişafının növbəti mərhələlərində iştirak edə bilərlər. O bildirib ki, yataqın birinci inkişaf mərhələsi İran şirkətləri ilə həyata keçrilir.

Lukoil və Norveçin Statoil şirkəti 2003-cü ildə bu neft yatağının istismarına başlamış, lakin Amerika Birləşmiş Ştatları və Avropa Birliyi İrana qarşı sanksiyaları üzündən 2011-ci ildə işləri dayandırmışdılar.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart